13 C
Baku
Friday, April 26, 2024

Hulusi Akar: “Türkiyə kimsə üçün təhdid deyil”

“Yunanıstanla bəzi problemlər var və təəssüf olsun ki, daxili siyasət naminə təxribatlar həyata keçirirlər, amma biz buna təmkinlə reaksiya veririk”.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şırnaka səfəri çərçivəsində deyib.

O qeyd edib ki, Yunanıstanda bəlli siyasətçilər ölkələrini “pis qonşu siyasətinə çəkir”, Türkiyə isə bütün problemlərin, həmçinin, Egey dənizindəki anlaşılmazlıqların danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır:

“Biz bunu hər fürsətdə deyirik. Lazımdırsa, Türkiyəyə gəlsinlər, ya bizi dəvət etsinlər, gedək görüşək, problemləri həll edək. Türkiyə kimsə üçün təhdid, təhlükə deyil, güclü və etibarlı tərəfdaşdır”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər