7 C
Baku
Sunday, December 15, 2024

Hulusi Akar: “Türkiyə NATO-nun təhlükəsizliyinin əsas təminatçısıdır”

“Biz NATO-nun təhlükəsizliyinin əsas təminatçısıyıq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Biz Alyansa problem yaratmırıq. NATO-nun açıq qapı siyasətinin əleyhinə deyilik. Amma biz Alyansın genişlənməsinin üzv ölkələrin təhlükəsizliyinin nəzərə alınaraq baş verməsini istəyirik. NATO təhlükəsizlik təşkilatıdır. Əsas vəzifələrindən biri terrorla mübarizədir. Terrorla mübarizə aparılmasa, əksinə, onlara dəstək verilsə, İsveçlə Finlandiya bunu necə izah edəcək? Madriddə əldə olunan razılıq yaxşı başlanğıcdır, amma son deyil. Biz mövqeyimizi dəyişməmişik. FETÖ, PKK və digər terror təşkilatlarına qarşı mübarizə aparılarsa, biz həmin ölkələrin üzvlüyünə etiraz etmərik. Əks halda isə razılaşmanı təsdiqləməyəcəyik”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər