22 C
Baku
Friday, April 26, 2024

Hulusi Akar: “Ukraynadan 5 milyon tondan artıq taxıl ixrac olunub”

“Bu günədək 200-dən çox gəmi 5 milyon tondan çox taxılı Ukrayna limanlarından başqa ölkələrə çatdırıb”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib.

Nazir bildirib ki, savaşın nəticəsi olaraq ortaya çıxan qida və enerji böhranı məsələsində Türkiyə fəal diplomatiya həyata keçirir: “İstanbulda əldə olunan “Taxıl razılığı” BMT-nin son illərdə imza atdığı ən böyük uğurlardandır”.

H.Akar söyləyib ki, iyulun 27-də fəaliyyətə başlayan Birgə Koordinasiya Mərkəzi vasitəsilə Ukrayna limanlarındakı taxıl digər ölkələrə təhlükəsiz formada çatdırılır: “Türkiyə regionda və dünyada təhlükəsizliyi təmin edən bir ölkə kimi Ukrayna böhranında da ilk gündən etibarən təsirli və konstruktiv mövqe sərgiləyib”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər