19.2 C
Baku
Sunday, September 25, 2022

Hulusi Akar Ukraynalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

Ukrayna və Türkiyənin müdafiə nazirləri Aleksey Reznikov və Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Ukraynadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, həmçinin taxıl ixracı ilə bağlı problemlərə toxunublar. Nazirlər taxıl ixracı prosesinin normal getdiyini məmnunluqla qeyd ediblər. Tərəflər taxıl dəhlizinin işini əlaqələndirən Birgə Koordinasiya Mərkəzinin fəaliyyətindın də razılıq ediblər.

Nazir Akar Ukraynada atəşkəslə bağlı razılığın əldə edilməsinin zəruri olduğunu bir daha vurğulayıb və Türkiyənin Ukraynada sülhün bərqərar olması üçün səylərini gücləndirəcəyini və bu ölkəyə humanitar yardımları davam etdirəcəyini qeyd ediblər.

MənbəModern.az
Son xəbərlər
Oxşar xəbərlər