8 C
Baku
Thursday, December 12, 2024

Hulusi Akar və Sergey Şoyqu Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Türkiyənin Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Hulusi Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.

Akar bildirib ki, atəşkəsə baxmayaraq, mülki əhaliyə və obyektlərə hücum edən Ermənistan buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalıdır: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər