Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar ilə Rusiya Müdafiə Naziri Sergey Şoyqu arasında Qarabağ mövzusunda yenidən telefon danışığı olub.
Banker.az xəbər verir ki, bununla bağlı açıqlama Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilib.
Telefon danışığında Qarabağdakı atəşkəsdən sonrakı proseslə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Akar və Şoyqu dünən də telefonla danışıb, Qarabağdakı atəşkəs razılaşması və Suriyadakı son vəziyyət barədə fikir mübadiləsi aparıblar.