“Yunanıstan təxribat xarakterli addım və bəyanatlarla gərginliyi artırmağa çalışır”.
Bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar deyib.
O söyləyib ki, Türkiyə belə addımlara icazə verməyəcək: “Yunanıstan ağıla, məntiqə və hüquqa sığmayan addımlar atır. Beləliklə, gərginlik artırılır. Sabahlarının yaxşı olmasını istəyənlər dünənin və bu günün səhvlərindən dərs çıxarmalıdırlar”.