“Yunanıstan rəhbərliyinə deyirik ki, tarixdən nəticə çıxarın, yeni macəralar axtarmayın”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
“Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər. Tarix bunların keçərli olmadığını göstərib. Güzgüyə baxsalar, həqiqəti görəcəklər və bəlkə, utanarlar. Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”, – o bildirib.
H.Akar, həmçinin söyləyib ki, Türkiyə problemlərin sülh yolu ilə həlli üçün çalışır: “Bütün xoşniyyətli səylərimizə rəğmən, qonşumuz Yunanıstan hər dəfə təxribatlarla gərginliyi artırır. Bunun qarşısının alınması üçün əlimizdən gələni edirik”.