“Yunanıstan adaları silahlandırmaqla Paris və Lozanna razılaşmalarının şərtlərini pozur”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Yunanıstanın Egey dənizindəki təxribatları davam edir: “Qabaqlayıcı tədbirlər görürük. Baş verənlərə qarşı nə etmək lazımıdırsa, edirik. Proseslər tamamilə bizim nəzarətimiz altındadır. Ən əsas problemimiz Qərb ölkələrinin obyektiv olmamasıdır”.
H.Akar rəsmi Afinanı danışıqlar masasına dəvət edib: “Hər şeyə rəğmən, biz “sülh”, “dialoq” deyirik. Diplomatiyanı axıradək davam etdirir, meydanda da hər cür tədbirləri görürük. Biz müzakirələri davam etdirməyə hazırıq”.
Nazir söyləyib ki, rəsmi Ankara müzakirələrə hazırdır: “Biz etimad mühitini formalaşdırmaq üçün Yunanıstan nümayəndə heyətini Ankarada gözlədiyimizi dedik. Üzərindən 2 il keçdi, gəlmədilər. Sonra dialoqdan danışırlar”.