9 C
Baku
Friday, December 13, 2024

Hulusi Akardan Sergey Şoyquya: “Türkiyə Azərbaycanın yanındadır”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığında Ermənistanın Azərbaycana hücumu başda olmaqla İdlib və Liviya ilə bağlı məsələlər müzakirə edilib.

“Akar telefon danışığında atəşkəsi pozaraq mülki əhalinin yaşadığı yerləri hədəfə alan Ermənistanın hücumlarına son verməsinin və işğal altındakı torpaqlardan çıxarılmasının vacibliyini vurğuladı. Azərbaycanın problemin həlli üçün bir 30 il də gözləməyəcəyini qeyd edən Akar Türkiyənin öz torpaqlarını geri almaq üçün başlatdığı hərəkatda Azərbaycanın yanında olduğunu ifadə etdi”, – deyə Nazirliyin açıqlamaısnda bildirilib.

Yeni Çağ

Son xəbərlər
Digər xəbərlər