Türkiyənin milli müdafiə naziri Hulusi Akarla britaniyalı həmkarı Ben Uolles arasında görüş olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
O, İstanbulda keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində iştirak edib.
Bildirilib ki, nazirlər ikitərəfli və regional məsələləri, o cümlədən hərbi əməkdaşlığı müzakirə ediblər.
Xatırladaq ki, bu, Böyük Britaniyada Rişi Sunakın Baş nazir seçilməsindən sonra Ben Uollesin ilk xarici səfəri idi.