9 C
Baku
Friday, December 13, 2024

Hüquq departamenti / Korporativ hüquq şöbəsi / böyük mütəxəssis – Expressbank

Tələblər:

–  Ali hüquqi təhsil;
–  Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını bilməli;
–  Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli;
–  Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini dilən namizədlərə üstünlük verilir);
–  Korporativ hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
–  Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

–  Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
–  Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
–  Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq;
–  Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
–  Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
–  Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
–  Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
–  Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;
–  Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını;
–  Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilmək.     

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Son xəbərlər
Digər xəbərlər