12 C
Baku
Saturday, May 18, 2024

Hüquq Departamentində Təcrübə – “Vijn Fond AzərKredit” MMC 

“Vijn Fond AzərKredit” MMC Hüquq Departamentində Təcrübə keçmə proqramını elan edir
BOKT “Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-lardan biridir.

AzərKredit universitet tələbələrinə və məzunlara təşkilatın Bakı ofisində Hüquq şöbəsində təcrübə keçmə imkanı təklif edir:

  • Təcrübə proqramı bir aydan üç aya qədər müddətə davam edəcəkdir;
  • Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.
Tələblər:
  • Universiteti yeni bitirmiş məzunlar, eləcə də 3-cü və ya 4-cü kurs tələbələri;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.
Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına: [email protected] (xahiş edirik, email məktubunun Mövzu sətrində “intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını 26 sentyabr 2018-ci il tarixədək AzərKredit filiallarına təqdim etməlidir.
AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_apply internet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.
Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.
Son xəbərlər
 ⁠
Digər xəbərlər