17 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Hüquq departamentinin korporativ hüquq şöbəsinin hüquqşünası – AFB Bank

AFB Bank Hüquq departamentində korporativ hüquq şöbəsinin hüquqşünası vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Hüquq departamentinin korporativ hüquq şöbəsinin hüquqşünası           

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali hüquq təhsili;
  • 2 il iş təcrübəsi;
  • Bank hüququ sahəsində biliklər;
  • Analitik düşünmə və təhlil bacarıqları;
  • Kollektivdə işləmək bacarığı;
  • Stressə davamlılıq.

İŞİN TƏSVİRİ:

  • Bankın fəaliyyətini tənzimləyən daxili qaydaların bazasını yaratmaq;
  • Əmr və sərəncamların layihəsini hazırlamaq;
  • Bankın təklif etdiyi məhsul və xidmətlər üzrə müqavilələrin layihəsini hazırlamaq;
  • Kontragentlərlə, o cümlədən xarici kontragentlərlə bağlanan müqavilələri ekspertiza etmək;
  • Qanunvericilikdə olan yenilikləri şərh etmək, daxili qayda və müqavilələrə müvafiq düzəlişlər etmək;
  • İdarəetmə orqanlarının iclaslarında katiblik etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ hüquq şöbəsinin  hüquqşünası” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 5 may 2018-ci il.

Son xəbərlər
Oxşar xəbərlər