Hüquq Departamentinin Korporativ Hüquq Şöbəsinin Baş hüquqşünası – Kapital Bank (04.03.17)
Öhdəliklər
- Bankın fəaliyyəti ilə bağlı müqavilələrin ekspertizasını keçirmək və müqavilələrin mütəmadi təkmilləşdirilməsini təmin etmək;
- Bankdaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi
- Korporativ katiblik funksiyasının təkmilləşdirilməsi istiqamətində işlərin aparılması;
- Hüquqi rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak;
- İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirməsi;
- Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
- Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
- Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Bankı təmsil etmək;
- Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
- Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi.
Tələblər
- Ali hüquqi təhsil (LLM magistr təhsili arzuolunandır);
- Bank sahəsində 3 illik iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
- Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
- Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
- Komanda tərkibində işləmək bacarığı;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi.