AFB Bank Hüquq departamentində korporativ hüquq şöbəsinin hüquqşünası vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Hüquq departamentinin korporativ hüquq şöbəsinin hüquqşünası
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali hüquq təhsili;
 - 2 il iş təcrübəsi;
 - Bank hüququ sahəsində biliklər;
 - Analitik düşünmə və təhlil bacarıqları;
 - Kollektivdə işləmək bacarığı;
 - Stressə davamlılıq.
 
İŞİN TƏSVİRİ:
- Bankın fəaliyyətini tənzimləyən daxili qaydaların bazasını yaratmaq;
 - Əmr və sərəncamların layihəsini hazırlamaq;
 - Bankın təklif etdiyi məhsul və xidmətlər üzrə müqavilələrin layihəsini hazırlamaq;
 - Kontragentlərlə, o cümlədən xarici kontragentlərlə bağlanan müqavilələri ekspertiza etmək;
 - Qanunvericilikdə olan yenilikləri şərh etmək, daxili qayda və müqavilələrə müvafiq düzəlişlər etmək;
 - İdarəetmə orqanlarının iclaslarında katiblik etmək.
 
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ hüquq şöbəsinin hüquqşünası” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 5 may 2018-ci il.


                                    





