17 C
Baku
Tuesday, May 28, 2024

Hüquq Departamentinin Meneceri – Finca Azerbaijan

 

Hal-hazırda “FINCA Azerbaijan” HÜQUQ DEPARTAMENTİNİN MENECERİ vəzifəsinə işçi axtarır.FINCA International Afrika, Avrasiya, Latın Amerikası və Böyük Orta Şərq üzrə 23 ölkədə milyondan çox müştəriyə maliyyə xidmətləri göstərən, dünyanın ən qabaqcıl mikromaliyyə təşkilatlarından biridir.

Hesabat verir: HDM “FINCA Azerbaijan”-ın Direktoruna.

Məqsəd:

HDM Təşkilatın Azərbaycandakı baş rəhbəri və “FINCA International”-ın ümumi Hüquq Komandası ilə birlikdə çalışacaqdır. HDM “FINCA”-nın Baş Məsləhətçi Ofisi ilə əlaqəli şəkildə işləyərək müqavilə və digər təşkilati-hüquqi sənədlərin nəzərdən keçirilməsi və hazırlanması, təşkilatın iştirak etdiyi əməliyyatlar nəticəsində yaranacaq vergi öhdəliklərinin təhlil edilməsi, nəzarət orqanları, müvafiq yurisdiksiyaya malik məhkəmə və digər strukturlar qarşısında təşkilatın təmsil edilməsi, eləcə də əmək və işəgötürmə öhdəliklərinə uyğunluğun təmin edilməsinə məsuliyyət daşıyır. Bundan əlavə, HDM Təşkilatın həyata keçirdiyi əməliyyatlarla bağlı hüquqi risklərin müəyyən olunması və onların azaldılması mexanizmlərinin təklif edilməsinə məsul olacaqdır.

 

HÜQUQ DEPARTAMENTİNİN MENECERİNİN VƏZİFƏSİNƏ DAXİLDİR:

 

HDM aşağıda qeyd olunan (lakin bununla məhdudlaşmayan) geniş həcmli təşkilati və kredit məsələləri üzrə hüquqi məsləhətlər verəcəkdir:

 

  • Bank fəaliyyətini nizamlayan müvafiq qaydalar, təşkilati, vergi, mühasibatlıq və əmək məsələləri daxil olmaqla yerli qanunvericilik və normativ sənədlərə müvafiqlik;
  • Kredit və zaminlik sənədlərinin hazırlanması və razılaşdırılması, kreditin girova yönəldilməsi və bununla bağlı məhkəmə prosesləri daxil olmaqla təşkilatın kredit əməliyyatlarının bütün aspektləri üzrə hüquqi yardım;
  • Əmək müqavilələrinin və işçilərin fəaliyyətinin əmək məcəlləsi və digər qanunvericiliyə uyğun qurulmasında İnsan Resursları Menecerinə yardım;
  • Yerli və xarici kreditorlarla maliyyə razılaşmalarının qurulması və nəzarəti üzrə hüquqi yardım;
  • Təşkilatın protokollar kitabının, müqavilələrinin və protokollarının saxlanması.

Hüquq Departamentinnin idarə edilməsi:

  • Hüquq Departamentinin bütün işçilərinə nəzarət etmək;
  • Gecikdirilən və qaytarılmayan kredit borcları üzrə yığım prosesinə dəstəyi həyata keçirmək;
  • Hüquq Departamenti daxilində işçilərin işini effektiv və səmərəli tərzdə təşkil etmək;
  • Effektiv yığım fəaliyyətinə yardımçı ola biləcək prosedur və siyasətləri işləyib hazırlamaq və Hüquq Departamentinə aid olan sahələrdə “FINCA Azərbaycan”-ın sistem, siyasət və proseduralarının həyata keçirilməsini təmin etmək.

Hüquqi İddialar və Məhkəmə İşləri

  • Ölkə Direktoru ilə məsləhətləşməklə dələzudluq, borcların qaytarılmaması, və üçüncü şəxslər tərəfindən “FINCA Azərbaycan”-a vurulmuş digər zərərlərlə bağlı işlər üzrə müvafiq dövlət orqanlarına iddia və şikayətlər hazırlamaq;
  • “FINCA Azərbaycan”-ı məhkəmə işlərində, o cümlədən iqtisad məhkəməsi (arbitraj) və ümumi yurisdiksiyaya aid olan məhkəmələrdə təmsil etmək və “FINCA Azərbaycan”-ın maraqlarının təmin edilməsinə nail olmaq.

 

TƏLƏB OLUNAN BİLİK VƏ QABİLİYYƏTLƏR:

 

  • Azərbaycan Respublikasının aparıcı universitetlərindən birində əldə olunmuş hüquq üzrə elmi dərəcə, əlavə olaraq xarici ölkədə hüquq üzrə magistr dərəcəsi olanlara üstünlük verilir;
  • Yerli vəkillər kollegiyasına üvzlüyün olması üstünlük sayılır;
  • Təşkilati, vergi, kommersiya, maliyyə/bankçılıq ilə bağlı qanunvericilik ilə iş üzrə ən azı 5 il təcrübə;
  • Kredit/maliyyə əməliyyatları, kredit və zaminlik strukturu, kreditin girova yönəldilməsi məsələləri üzrə təcrübə; məhkəmə proseslərində təcrübə (kommersiya bankları və ya qeyri-bank maliyyə qurumlarında təcrübəsi olanlara üstünlük verilir);
  • Əmək qanunvericiliyi üzrə təcrübəyə malik olanlara üstünlük verilir;
  • Xarici maliyyə razılaşmaları üzrə təcrübə;
  • Vaxt baxımından gərgin şəraitdə işləmə bacarığı;
  • Dolğunluq və təşəbbüskarlıq keyfiyyətləri;
  • Müxtəlif mədəniyyətli mühitdə həssas davranmaq, həmkarlar və müştərilərlə səmərəli işgüzar əlaqələr qurmaq bacarığı;
  • Yüksək şəxsi keyfiyyətlərə malik olmaq;
  • “FINCA”-nın sosial missiyasına sadiqlik;
  • Azərbaycan və İngilis dillərində səlis bilmək, müqavilələrin ilkin formasının hazırlanması və razılaşdırılmasını bu dillərdə etmək bacarığı, Rus dilini səlis bilənlərə üstünlük verilir.

Vəzifədən tələb olunan Digər qabiliyyətlər:

  • Azərbaycanın bütün bölgələrə səfərlər etməyə hazır olmaq.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ərizələrin (CV) son qəbul tarixi 30 may 2016-cı  ildir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində Hüquq Departamentinin Meneceri və ya iş elanının nömrəsini (№037/16) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.finca.az  web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər