6 C
Baku
Sunday, December 15, 2024

Hüquq məsləhətçisi – Gəncə/Şəki (KredAgro CJSC)

İŞÇININ VƏZIFƏSI:

∙ Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
∙ Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
∙ Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
∙ Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
∙ İcra işləri üzrə İcra məmurları ilə işləmək;
∙ Rəsmi yazışmaları təmin etmək;

TƏLƏBLƏR:

∙ Hüquq sahəsində ali  təhsilinin olması;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙  Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙  Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Kompyuter bilikləri;
∙ Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.

əmək haqqı 600-700 + rüblük bonus

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər