25 C
Baku
Thursday, July 31, 2025

Hüquq məsləhətçisi – KredAgro

Gəncə filialı üçün Regional Hüquq məsləhətçisi.

 

Əsas vəzifə öhdəlikləri

  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
  • Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
  • İcra işləri üzrə İcra məmurları ilə işləmək;
  • Rəsmi yazışmaları təmin etmək;

 

Namizədə dair tələblər

∙ Hüquq sahəsində ali  təhsilinin olması;

∙ Gəncə şəhərində yaşayanlara üstünlük verilir. İş yeri – Gəncə filialıdır;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙  Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙  Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Kompyuter bilikləri;

∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan, şəxslərə üstünlük verilir.

. Əmək haqqı 600-800 AZN.

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər

Son xəbərlər
Digər xəbərlər