28 C
Baku
Sunday, June 26, 2022

Hüquq və icraat departamentinin aparıcı hüquqşünası/ böyük hüquqşünası-Maliyyə Bazarlarına Nəzarət Palatası

Namizədə dair tələblər:

  • Hüquq üzrə bakalavr və magistr təhsili (xaricdə təhsil alanlara üstünlük veriləcək)
  • Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi
  • Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti
  • Analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığı
  • Normayaradıcılıq bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

  • Maliyyə bazarlarına aid olan normativ aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi
  • Maliyyə bazarlarına aid olan beynəlxalq qanunvericilik üzrə məlumatların toplanması, təhlil aparılması və təkliflər hazırlanması
  • Palatanın təşəbbüsü ilə təqdim edilən sənədlərin hazırlanması və ya Palataya daxil olan qanun, fərman və qərar layihələrinə dair rəy və təkliflərin verilməsi
  • Palatanın bağladığı müxtəlif xarakterli müqavilələrin hazırlanması, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi
  • Palataya daxil olan hüquqi sorğuların cavablandırılması
  • Palatanın daxili prosedur qaydalarının hazırlanması və digər struktur bölmələr tərəfindən hazırlanmış daxili prosedur qaydalara dair hüquqi rəyin verilməsi
  • Departamentin strateji və taktiki planlarının müəyyən edilməsində və hazırlanmasında iştirak
  • Məhkəmə instansiyalarında Palatanın təmsil edilməsi, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlanması

Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Son xəbərlər
Oxşar xəbərlər