29 C
Baku
Thursday, June 30, 2022

Hüquq və Təşkilati işlər departamentinin Mütəxəssisi – BTB bank

Hüquq və Təşkilati işlər departamentinin Mütəxəssisi

İş barədə məlumat:

 Bаnkda kargüzarlıq işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasına nəzarət;
 Banka daxil olan və bankdan göndərilən məktub və sənədləri müvafiq jurnallarda qeydiyyatdan keçirmə;
 Bankın xüsusi yaradılmış elektron poçtuna daxil olan  materiallara nəzarət edir və onlar haqqında rəhbərliyə məlumat vermək;
 Bankdan çıxan məktubların qeydiyyatını aparmaq və  blank üzərində çap etmək;
 Bankın Baş ofisinin və filialları arasında sənəd dövriyyəsinin, təşkili, həyata keçirilməsi və nəzarət;
 Bankın Baş ofisinin və filiallarının kargüzarlıq işinə nəzarət;
 Bankın fəaliyyəti ilə bağlı bütün əmrlərinin hazırlanması və icrasına nəzarət.
 Departamentdə saxlanılan sənədlərin  istifadəsinin təmin edilməsi, sənədlərin surətinin və sənədlərdən çıxarışların verilməsi;
 Bankda işlənib hazırlanan sənədlərin (Siyasətlərin, Əsasnamələrin, Təlimatların və sairə) qeydiyyatı, saxlanılması və istifadəsinin təmin edilməsi;
 Departamentin Əsasnaməsində nəzərdə tutulan digər səlahiyyətlərin və departament rəhbəri, şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:

 ali təhsil;
 bank sahəsində 2-3 il iş təcrübəsi;
 kargüzarlıq və sənəd dövriyyəsi sahəsində peşəkarlıq qabiliyyəti olan;
 Azərbaycan və rus dillərini (yazılış, danışıq) yüksək bilik səviyyəsinə malik olan;
 rəsmi yazışma qaydalarında təcrübəsi olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Oxşar xəbərlər