13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestrində dəyişiklik

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununda dəyişiklik edilməsi barədə məsələ Milli Məclisdə müzakirə edilir.

Banker.az xəbər verir ki, yeni dəyişikliyə əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa  aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə ediləcək

Əlavədə deyilir:

Kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.”.

Qeyd edək ki, həmin bəndə görə,  Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.

Bu Qanun hökumət tərəfindən təsdiqənərsə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər
Oxşar xəbərlər
X