13 C
Baku
Friday, November 22, 2024

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməyəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu halda publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməməsinə dair tələb yalnız qeyri-hökumət təşkilatlarına şamil olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər