“Bank Avrasiya” ASC
Vəzifə: Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
İqtisadiyyat üzrə ali təhsil
Xidmət sahəsində ən azı 1 il iş stajı
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
İngilis dilini yaxşı səviyyədə bilmək
MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
Korporativ davranış normalarını bilmək
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
İşin təsviri:
- Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
- Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək;
- İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək;
- Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək;
- Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.
CV-ni göndərərkən email-ın mövzu hissəsində Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.