8 C
Baku
Sunday, December 22, 2024

Hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 8 %-ə yaxın artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 392,6 milyon manatının və yaxud 1 %-nin hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayır.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,65 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər