2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 336 milyon manatının və ya 1 %-nin hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7.7 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.