12 C
Baku
Saturday, November 23, 2024

Hüquqi şəxslərin dividend gəlirləri hansı halda vergidən azaddır?

Mənfəət vergisi ödəyicisi olan müəssisə mikro sahibkarlıq subyekti 2019-cu ilin bölüşdürülməmiş mənfəətinin bir hissəsini dividend formasında 2020-ci ilin yanvar, fevral və mart aylarında ödəmişdir. 2020-ci il fevral ayının 1-dən könüllü olaraq ƏDV qeydiyyatına alınmış həmin müəssisənin 2019-cu ilin bölüşdürülməmiş mənfəəti hesabına fevral və mart aylarında ödədiyi dividend ödəmə mənbəyində vergiyə cəlb olunmalıdırmı?

Dövlət Vergi Xidmətidən bildirilib ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu ap aran, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır. Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 106-cı maddəsi.

Son xəbərlər
Digər xəbərlər