14 C
Baku
Saturday, November 23, 2024

Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydasında dəyişiklik edildi

Nazirlər Kabinetinin “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-1-ci maddəsinə uyğun olaraq kommersiya qurumları və publik hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndəriləcək.

Son xəbərlər
Digər xəbərlər