Vəzifə: Hüquqi Şəxslərin Kreditləşdirilməsi Departamentinin Mütəxəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil (iqtisadiyyat, hüquq və ya maliyyə-kredit sahəsində);
- Biznes kreditləşməsi sahəsində ən azı 3 il iş stajı;
- Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
- Kreditlərin verilməsi , təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və
- MBNP –nın müvafiq normatıvləri və qaydaları barədə biliklərinin olması;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- İngilis və rus dillərini yaxşı səviyyədə bilmək ;
- MS Excel proqramında mükəmməl işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi;
- Kredit portfelini formalaşdırmaq, idarə etmək və yüksək keyfiyyətini saxlamaq;
- Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi;
- Yeni müştərilərin cəlb edilməsini təmin etmək;
- Problemli kreditlərlə (30 günədək) işləmək;
- Rəhbərliyə lazımi məlumatların hazırlayıb təhvil vermək.
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] ünvanına göndərəsiniz.
CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.