13 C
Baku
Saturday, November 23, 2024

Hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri (Bank Avrasiya)

TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil və ya biznes üzrə təhsil
  • Ən azı 3 il kreditləşmə sahəsində bank təcrübəsi
  • MS Office proqramların üzrə biliklər
  • Analitik qabiliyyət
  • Dəqiqlik bacarığı
  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

İŞÇININ VƏZIFƏSI:

  • şöbənin işini planlaşdırmaq və təşkil etmək, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən  şöbəyə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil etmək;
  • əsas bank proqramında və digər proqram vasitələrində kreditləşmə əməliyyatlarının əks olunmasını təmin etmək;
  • kreditləşməyə aid bütün digər arxa ofis funksiyalarını təşkil etmək;
  • ona birbaşa hesabatlı olan işçilərin vəzifə təlimatlarını və hədəflərini müəyyən etmək, onlara təlim və məsləhət vermək, fəaliyyətlərini qiymətləndirmək;
  • Bankın strategiyasına uyğun olaraq, kredit bazarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər  vermək;
  • Bankın menecmentinin müəyyən etdiyi və bankdaxili qaydalarla müəyyən olunmuş kredit biznesi üzrə hesabatlar hazırlamaq;
  • Bankdaxili qaydalara müvafiq olaraq, borcalanların biznesinə və girov əmlakına yerində baxışı təşkil etmək;
  • bankdaxili qaydalara müvafiq olaraq, kreditlərin monitorinqini təşkil etmək;
  • Bankın girovların ilkin və yenidən qiymətləndirilməsi, monitorinqi üzrə siyasətini, ona əlavə və dəyişiklikləri hazırlamaq, müvafiq təsdiqdən sonra icrasını təmin etmək;
  • qiymətləndirici və sığorta şirkətlərinin qiymətləndirmə prosesinə nəzarət etmək, ehtiyac olduqda bu prosesdə iştirak etmək;
  • kredit qovluqlarının aparılması və etibarlı saxlanmasını təşkil etmək;
  • kreditləşmə ilə əlaqədar sığorta müqavilələrinin müddətlərinə nəzarəti təşkil etmək.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər