20 C
Baku
Wednesday, October 16, 2024

Hüquqi şəxslərin torpaq vergisi üzrə proqnoz 6%-ə yaxın azaldılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 46,7 milyon manatının və yaxud 0,1 %-nin hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,5% azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər