Vəzifə : Hüquqşünas
İşəgötürən: «Azərikard» MMC
Təhsil: Ali,
İş təcrübəsi: ən azı 5 il
Tələblər:
– Ali təhsil (hüquq sahəsi üzrə);
– Dillər: Azərbaycan dili (sərbəst), rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə);
– Ofis proqramları (MS Word, Excel, PowerPoint) ilə sərbəst işləmək bacarığı;
– Maliyyə (xüsusi ilə prosessinq fəaliyyəti) və mülki sahəyə aid qanunvericilik və xüsusi normativləri bilmək;
– Analitik düşüncə tərzi;
– Ünsiyyət qurmaq bacarığı;
– Kollektivdə işləmək bacarığı.
Vəzifələr:
– Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
– Müqavilələrin hazırlanması, həmçinin hazır müqavilələrə hüquqi rəy vermək;
– Dövlət orqanları tərəfindən olan sorğuların cavablandırılması;
– Fəaliyyətin qanunvericiliyə uyğunluğunu daim yoxlamaq və uyğunlaşdırmaq;
– Yerinə yetirilən işlər haqda mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
– Müəssisənin fəaliyyəti ilə bağlı digər əlaqədar işləri və rəhbərliyin göstərişlərini icra etmək;
– Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələrin icra edilməsi.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Hüquqşünas” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.