Hüquqşünas ( Lənkəran, Sabirabad və Şəki filiallarına ) – AccessBank

0

Vakansiyalar

 Lənkəran filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region – Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar)
 Sabirabad filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region – Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan, Neftçala, İmişli)
 Şəki filialına hüquqşünas (fəaliyyət göstərəcəyi region – Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı)


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Namizədə dair tələblər:

– Hüquq sahəsi üzrə ali təhsilinin olması;
– İş təcrübəsi – minimum 2 il; (bank sahəsində və məhkəmədə iş təcrübəsinin olması arzuolunandır)
– Azərbaycan Respublikası qanunlarının (Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Ailə, Əmək Məcəllələri, Banklar haqqında, İpoteka haqqında Qanun və s.) əsaslarını bilməli;
– Kargüzarlıq qaydalarının əsaslarını bilməli;
– Kompyuter bilikləri (Microsoft Office proqramları);
– Azərbaycan dilini sərbəst bilməli; (Rus və ingilis dilini bilməsi arzuolunandır)
– Ciddi, məsuliyyətli, səliqəli olmalı;
– Yüksək qavrama və öyrənmə qabiliyyətinə malik olmalı;
– Sürücülük vəsiqəsinin olması arzuolunandır.

İş barədə məlumat

– Məhkəmədə, icra şöbələrində, dövlət idarələri və digər təşkilatlarda bankı təmsil etmək, onun hüquq və mənafelərini müdafiə etmək;
– Məhkəmələrə Bankın adından ərizələr və iddia ərizələri, iddialara etirazlar, sorğular, vəsatətlər və apellyasiya şikayətləri hazırlamaq;
– Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada, müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
– Məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq;
– Məhkəmə qərarlarının icraya yönəldilməsinin təmin edilməsi və icra sənədinin icrası zamanı bankın əleyhinə qəbul edilmiş qərarlardan şikayətlərin hazırlanması;
– Rəhbərliyin verdiyi digər hüquqi xarakterli iş tapşırıqların icrası.

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.