10 C
Baku
Wednesday, December 11, 2024

Hüquqşünas (Şabran, Quba, Xaçmaz, Sumqayıt, Masallı, Cəlilabad, Salyan, Yardımlı) – BOKT “Vijn Fond AzərKredit” MMC

BOKT “Vijn Fond AzərKredit” MMC Hüquqşünas (Şabran, Quba, Xaçmaz, Sumqayıt, Masallı, Cəlilabad, Salyan, Yardımlı) vəzifəsinə işçi qəbulunu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir.

 

İş yeri uğurlu namizədin yaşayış yerindən asılı olaraq AzərKredit təşkilatının Şabran, Salyan, Cəlilabad, filiallarında olacaq.

 

Əsas vəzifə və öhdəlikləri:

  • Departament Direktorunun ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azərkreditin daxili hüquqi təminat, ekspertiza və təhlil işinin aparmaq;
  • Departament Direktorunun tapşırığı əsasında AzərKreditin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
  • Tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasının həyata keçirimək;
  • Departament Direktorunun tapşırığı əsasında İşəgötürənin filial və nümayəndəlikərinin yerləşdiyi regionlara mütəmadi səfərlər etmək və ya digər işləri həyata keçirmək;
  • AzərKreditin müştərilərə verdiyi kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədilə məhkəmədən öncə, məhkəmədənkənar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək;
  • AzərKreditin Şabran, Quba, Xaçmaz, Sumqayıt, Masallı, Cəlilabad, Salyan, Yardımlı filiallarında hüquqi işlərin gedişatını izləmək və işləri lazımı qaydada aparılması barədə müvafiq menecerlərlə işi koordinasiya etmək;
  • Əmək funksiyalarına uyğun AzərKredit rəhbərliyinin və Departament Direktorunun digər tapşırıqlarını yerinə yetirmək
  • Təşkilatın fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

 

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
  • Hüquqşünas vəzifəsində ən azı 2 illik iş təcrübəsi;
  • Mülki-prosessual hüquq sahəsində və ya kredit borclarının yığılması sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini əla bilmək;
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı (İngilis və Rus dillərini bilmək arzuolunandır);
  • Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 25 may 2018-cı il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas (müvafiq filial)’’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected] Fax: (+994 12) 597 30 39 www.azercredit.az

Son xəbərlər
Digər xəbərlər