Baku Hotel Company Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət “Hyatt Regency Baku” otelini idarə edir. Nümayəndəlik Azərbaycanda 1996-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Faiq Rəhimov Nizaməddin oğludur.