13 C
Baku
Friday, November 22, 2024

“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir

Bakıda ilk 5 ulduz kimi fəaliyyətə başlayan “Hyatt Regency Baku” hotelinə yeni baş direktor təyin edilib.

Banker.az xəbər verir ki, Elgün Məmmədov Məmməd oğlu idarəedici şirkət olan “Bakı Hotel Kompani” QSC-nin direktoru təyin edilib.

Buna qədər Kamran Heydərov Avtandil oğlu şirkətin direktoru kimi çalışırdı.

Xatırladaq ki, “Hyatt Regency Baku”  və ya “Bakı Hotel Kompani” QSC 1998-ci ildən bu tərəfə fəaliyyət göstərir. Şirkətin 27 118 400 milyon manat nizamnamə kapitalına sahibdir.

Qeyd edək ki, 2021-ci ilin noyabrına qədər hoteli “Baku Hotel Company” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən idarə olunurdu. Hazırda qeyd edilən hotel “Bakı Hotel Kompani” QSC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər