“Hyundai” 2021-ci il avqustun 9-u Cənubi Koreyada pilotsuz mikroavtobuslar işə salacaq.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Mikroavtobusu “Shucle” tətbiqi vasitəsilə sifariş etmək mümkün olacaq. O, Sedjon şəhərin ətrafında 20 dayanacaq (6 km məsafə) üzrə hərəkət edəcək.
Mikroavtobus sifariş etdikdən sonra süni zəka sərnişinin hansı dayanacağa yaxınlaşmalı olduğunu və tez çatmaq üçün ən qısa yolu təyin edəcək.
Şirkət bu layihə çərçivəsində “Hyundai H350” mikroavtobusundan istifadə edir. Pilotsuz texnologiyalar avtonomluğun dördüncü səviyyəsinə uyğun gəlir və müəyyən şərtlər altında işləyir. Təhlükəsizlik üçün salonda həmçinin sürücü də olacaq.
2021-ci ilin ikinci yarısında “Hyundai” Cənubi Koreyanın Hvason şəhərinin Namyanq rayonunda oxşar xidmət işə salacaq.