Koreyanın avtomobil istehsalçısı “Hyundai” elektrikləşdirməyə orta illik sərmayəsini demək olar ki, 65% artıraraq 28 milyard dollara çatdırmaq niyyətindədir ki, bu da elektrik avtomobillərinin satışını kütləvi şəkildə artırmaq üçün Çindəki biznesi daha aktiv şəkildə yenidən qurmağa imkan verəcək. Avtokonsernin fikrincə, bu, 2030-cu ilə qədər elektromobillərin satışını əvvəlki planda nəzərdə tutulmuş 1.87 milyon ədəd əvəzinə 2 milyon ədədə çatdıracaq ki, bu da Çində satılan “Hyundai”nin ümumi həcminin təxminən 33%-ni təşkil edəcək.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bundan əlavə, Çində brendin model çeşidi indiki 13 avtomobildən 8 modelə qədər azalacaq. İstehsalçının daha bahalı və yolsuzluq avtomobilləri satışda qalacaq və əsas diqqət “Genesis” subbrendinə yönəldiləcək.