Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Ulsan şəhərindəki “Ioniq 5” elektromobillərinin yığıldığı zavodun işini mikrosxem çatışmazlığı səbəbindən birhəftəlik dayandıracaq.
“Yonhap” agentliyi xəbər verir ki, yarımkeçiricilərin və digər komponentlərin tədarükünün dayandırılması səbəbindən şirkət 7-14 aprel tarixlərində istehsalı dayandırmağı planlaşdırır.
Fəaliyyətlərin müvəqqəti dayandırılması 6,5 min “Ioniq 5” elektromobilin və 6 min “Kona” avtomobilinin istehsal həcmlərində azalmasına səbəb olacaq.
Digər qlobal avtomobil konsernləri də yarımkeçirici bazarında çatışmazlıq səbəbindən oxşar problemlərlə üzləşiblər. Belə ki, ABŞ-ın “General Motors” və Yaponiyanın “Toyota Motor” şirkətləri yarımkeçirici çiplərin tədarükündə dayanmalar nəticəsində bəzi zavodlarının işlərini dayandırıb və ya istehsalı azaltmaq məcburiyyətində qalıblar.