Koreyanın “Hyundai” şirkəti “Ioniq” markası altında istehsal ediləcək elektrikli avtomobillərin görüntülərini təqdim edib.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, “LG Electronics”in əməkdaşlığı ilə hazırlanan bu prototip, gələcəyin elektrikli nəqliyyat vasitələrində görünəcək imkanlar barədə düşünməyə vadar edir.
Xüsusilə, gələcək avtomobillərdə paltar və ayaqqabıların təmizlənməsi funksiyasının olduğunu vurğulamaq lazımdır. Sərnişinlər üzərində 77 düymlük monitor yerləşdiriləcək. Bundan əlavə, avtomobilin komplektasiyasına döşəmə təmizləyən robot və dezinfeksiya məqsədi ilə quraşdırılmış ultrabənövşəyi lampa daxil olacaq.
“Hyundai” şirkəti 2021-ci ilin əvvəllərində satışa çıxarılacaq IONIQ 5 modellərdən başlayaraq elektrikli nəqliyyat vasitələrini bu seçimlərlə təchiz etməyi planlaşdırır.
Xatırladaq ki, sentyabrın 23-ü avtomobil istehsalçısı Sonata sedanının N Line modifikasiyasını təqdim etmişdir.