3 C
Baku
Saturday, December 14, 2024

“Hyundai” Hindistanda 2.5 mlrd. dollarlıq IPO keçirməyi planlaşdırır

Cənubi Koreyanın “Hyundai” şirkəti Hindistanda səhmlərin ilkin kütləvi təklifini keçirməyi planlaşdırır, IPO 2024-cü ilin sonunda baş tuta bilər, “Bloomberg” yazır.

“Bloomberg” həmsöhbətlərinə görə “Hyundai” Hindistanda IPO zamanı təxminən 2.5 milyard dollar cəlb etməyi gözləyir. Agentlik qeyd edir ki, bu halda yerləşdirmə Hindistan fond bazarı tarixində ən böyük yerləşdirmələrdən biri olacaq. Əvvəlki rekord 2022-ci ildə IPO zamanı 206 milyard rupi (2.5 milyard dollar) toplayan “Life Insurance Corp of India” sığorta şirkətinə məxsusdur.

“Bloomberg” yazır ki, “Hyundai”in Hindistanda IPO-sunun həcmi və vaxtı ilə bağlı yekun qərarlar hələ verilməyib. Şirkət agentliyin şərh sorğusuna cavab verməyib.

Şirkətin hesabatına görə, “Hyundai Motor”un 2023-cü ildə xalis mənfəəti 12.27 trilyon Cənubi Koreya vonuna (təxminən 8.9 trilyon dollar) bərabər olub. Ötən ilin dördüncü rübündə mənfəət 2.2 trilyon von (1.65 milyard dollar) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər