Koreyanın “Hyundai” şirkəti ilk “Kona N” idman krossoverini təqdim edib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şirkətin press-relizində qeyd edildiyi kimi, bu model digər avtomobillərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
Krossoverin salonunda idman oturacaqları və sükan, o cümlədən metal örtüklü pedallar var.
“Kona N” avtomobili 280 at gücündə iki litrlik dörd silindrli turbomühərriklə təchiz edilib. Ümumiyyətlə, avtomobilin sürətlər qutusu üç rejimdə işləyəcək: “N Power Shift”, “N Track Sense Shift” və “N Grin Shift”.
Krossoverin maksimum sürəti 240 km/s təşkil edir, avtomobil 100 km/s qədər 5.5 saniyəyə sürətlənir. Xatırladaq ki, fevral ayında şirkət “Tiger X-1” avtomobil modelinin konseptini təqdim etmişdir. Tərtibatçıların fikrincə, bu aparat təkcə Yer kürəsində deyil, həmçinin Ayda da elmi-tədqiqat işlərinin həyata keçirilməsində istifadə edilə bilər.