8 C
Baku
Thursday, November 7, 2024

“Hyundai” istehsalın inkişafına 51 mlrd. dollar sərmaye ayıracaq

Cənubi Koreyanın ən böyük avtomobil şirkəti “Hyundai Motor” 2025-ci ildə istehsalın inkişafına 61 trilyon Cənubi Koreya vonu (51 milyard dollar) sərmayə ayıracaq.

Bu barədə şirkət rəhbərliyinin bəyanatında bildirilir.

Genişmiqyaslı investisiyaların hədəfi – mövcud biznesin rəqabətə davamlılığını yüksəltmək və gələcək texnologiyada investisiyaların hesabına yeni imkanların yaradılmasıdır. Xüsusi halda, 20 trilyon von (17 milyard dollar) istehsala, təkmilləşməyə, pilotsuz və elektrik avtomobillərinin istehsalına xərclənəcək.

Şirkət həmçinin qeyd edib ki, 2025-ci ildə əməliyyat gəliri əmsalını indiki 5%-dən 8%-ə qədər artırmağı planlaşdırır.

©Report

Son xəbərlər
Digər xəbərlər