13 C
Baku
Saturday, October 26, 2024

“Hyundai Motor India”nın səhmləri IPO-dan sonra 7.6% ucuzlaşıb

Cənubi Koreyanın “Hyundai” avtomobil istehsalçısının Hindistan bölməsi “Hyundai Motor India”nın səhmləri Hindistan fond bazarında (NSE) ticarətə başlayıb. Qeyd edək ki, səhmlər 1934 rupi və ya 23 ABŞ dolları qiymətinə yerləşdirilib ki, bu da IPO qiymətindən (1960 rupi və ya 23.1 ABŞ dolları) bir qədər aşağıdır.

Banker.az xəbər verir ki, ticarət başlayandan sonra səhmlər 7.6% ucuzlaşıb.

IPO zamanı şirkət səhm alışı üçün çoxlu sayda müraciətlər alıb. Bununla belə, pərakəndə investorun şirkətin səhmlərinə marağı NSE-də orta səviyyədə olub. Mütəxəssislərin fikrincə, bu, avtomobil satışının ümumi ləngiməsi ilə bağlı narahatlıqlarla bağlıdır. Belə ki, aprel və sentyabr ayları arasında Hindistanda avtomobil satışları cəmi 0.5% artıb, “Hyundai Motor India”nın satışları isə 2.6% azalıb.

“Hyundai Motor India” Hindistan avtomobil bazarında “Maruti Suzuki”dən sonra 15% payla ikinci yeri tutur. Bu, “Hyundai”nın Cənubi Koreyadan kənarda ilk IPO-sudur.

Son xəbərlər
Digər xəbərlər