“Hyundai Motors” Çindəki fəaliyyətini dayandıracaq

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motors” ölkədəki fəaliyyətini dayandıracaq.

“Yonhap” agentliyi xəbər verir ki, buna səbəb koronavirusun yayılması ilə əlaqədar Çindən avtomobil detallarını tədarük edə bilməməsidir.

Qeyd edək ki, şirkət artıq “Genesis” modelinin istehsal edildiyi Ulsan şəhərindəki zavodunu bağlayıb. Digər zavodları isə tədricən fevralın 7-nə qədər bağlayacaq.

©Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər