11 C
Baku
Tuesday, November 26, 2024

“Hyundai Motors” Rusiyadakı zavodunu satır

“Hyundai Motor” direktorlar şurasının növbədənkənar iclasını keçirərək, Sankt-Peterburqdakı zavodunun satışını təsdiqləyib. Şirkət qeyd edir ki, Rusiyada satış sonrası xidmət və digər müştəri dəstəyini davam etdirəcək.

Rusiyadakı “Hyundai” zavodu 2022-ci ilin mart ayından fəaliyyətsizdir. Daha əvvəl orada “Hyundai Solaris” və “Creta”, həmçinin “Kia Rio “və “Rio X” avtomobil modelləri yığılıb.

2023-cü ilin sentyabrında Sənaye və Ticarət Nazirliyi avtomobil istehsalçısının zavodunun “Rusiya şirkəti” tərəfindən alınacağını bildirib. Müqavilə iki il müddətinə satın alma opsionu ilə həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər