Hyundai şirkəti gələcəyin avtomobillərinə 35 milyard dollar investisiya yatıracaq

0

   Cənubi Koreya prezidenti Moon-Jae-in düşünür ki, 2030-cu ilə kimi Cənubi Koreya yollarında olacaq nəqliyyat vasitələrinin yarısını avtonom sistemli avtomobillər təşkil edəcəklər. Lakin hal hazırki mərhələdə Koreyadan olan şirkətlər həm texniki həm də proqram təminatı tərəfdən öz xarici rəqiblərindən geridə qalırlar. Bu problemin həllini Hyundai Motor Group şirkəti öz üzərinə götürüb. Bu barədə Reuters saytı xəbər verib. Şirkətin yeni təşəbbüsü çərçivəsində yeni texnologiyalara 35 milyard dollar investisiyalar yatırılacaq.

    Şirkət vəsaitləri 2025-ci ilə kimi hissə-hissə ayıracaq. Bu yeni iddialı plan avtonom sistemli avtomobillərin yaradılmasında rəqabət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulub. Bundan əlavə olaraq Cənubi Koreya hökuməti də öz dəstəyini təqdim edəcək. Belə ki, hökumət əlavə olaraq 1.6 milyard dollar investisiyanı bu sahəyə yatıracaq. “Avtonom sistemli avtomobillər bazarı yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın qüvvətləndirilməsi üçün əla fürsətdir” – deyə Cənubi Koreya prezidenti bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

    Hökumət ümid edir ki, Hyundai şirkəti 2024-cü ilə kimi məhdud sayda insanlar üçün 4-cü səviyyəli avtonom sistemə sahib avtomobilləri təqdim edəcək. Bütün insanlar üçün isə bu cür avtomobillərin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bir sıra analitiklərin fikirlərinə əsasən Hyundai şirkətinin bu planlarının reallaşdırılma müddətləri mümkünsüzdür. Hal hazırda şirkət yüksək texnologiyaları xaricdən almaq məcburiyyətindədir. Buna baxmayaraq şirkət öz qərarlarına optimistik yanaşır və avtonom sistemli nəqliyyat növlərindən başqa 2025-ci ilə kimi uçan avtomobillərin işə salınmasından və hidrogen yanacaqlı elementlər əsasında çalışacaq avtomobillərdən də danışır

©Technote