12 C
Baku
Saturday, November 23, 2024

“Hyundai” Tailandda elektromobil istehsalına $28 mln. sərmayə qoyur

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor Company” Tailandda elektrikli avtomobil və akkumulyatorların yığılması zavodunun tikintisinə 1 milyard bat (təxminən 28 milyon dollar) sərmayə qoyur, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Banqkokun cənub-şərqində yerləşəcək “Hyundai” zavodu 2026-cı ildə istehsala başlayacaq.

Hal-hazırda Tailandda elektrikli avtomobil sektorunda “BYD” və “Great Wall Motors” kimi Çin avtomobil istehsalçıları üstünlük təşkil edir, bu şirkətlər Çindən Cənub-Şərqi Asiya ölkələrinə avtomobil ixrac etmək üçün istehsal bazası kimi istifadə edirlər.

Elektrikli avtomobillərin satışı Cənub-Şərqi Asiyada sürətlə artır. “BYD” Yaponiya və Koreya şirkətlərinin üstünlük təşkil etdiyi daxili yanma mühərrikli avtomobillərin bazar payını alaraq liderlik edir.

Bölgənin ən böyük avtomobil istehsalı mərkəzi olan Tailand bu ilin birinci rübündə Cənub-Şərqi Asiyada bütün elektrik avtomobil satışlarının 55%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər