10 C
Baku
Wednesday, December 11, 2024

“Hyundai” uçan avtomobillər barədə vəd etdi

Hyundai daha öncə də uçan avtomobillər istehsal edəcəyi ilə bağlı açıqlama vermişdi. Bu dəfə isə şirkət bu işdə çox ciddi olduğunu bəyan edib.

 

Cənubi Koreya firması uçan avtomobillər sahəsindəki qabaqcıllardan biri olmaqda israrlıdır. Bu avtomobillərin nə vaxtsa gerçəkləşəcəyinə dair vədini yeniləyən Hyundai, uçan avtomobil bazarında böyük partlayış yaşanacağını açıqlayıb.

 

Ekspertlər hesab edir ki, ən tez 8 ildən sonra istifadəyə verilməsi planlaşdırılan bu nəqliyyat vasitələri üçün indidən səfərbər olmaq lazımdır. Gəzinti robotları kimi layihələr hazırlayan Hyundai da sahənin öncülləri arasında olmaq üçün səylərini cəmləşdirib.

 

Morgan Stanley firmasının analizinə görə, fərdi hava nəqliyyatı sənayesi 2040-cı ilə qədər 2,9 trilyon dollar həcminə çatacaq. Ən pis ssenarilərdə belə bazarın 2040-cı ildə 615 milyard dollara çatacağı gözlənilir. Başqa sözlə, şirkətlərin uzunmüddətli strategiya nöqteyi-nəzərindən artıq bu sahəyə üz tutması olduqca məntiqlidir.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər