24 C
Baku
Thursday, September 29, 2022

“Hyundai” və “Kia” 500 min avtomobili geri çağırır

Cənubi Koreyanın “Hyundai” və “Kia” avtomobil istehsalçıları ABŞ-da 500 minə yaxın avtomobili öz-özünə yanma riskinə görə geri çağırır.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ-ın Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının məlumatlarına istinadən yazıb.

Nasazlığın dəqiq səbəbi məlum deyil, lakin istehsalçılar hesab edirlər ki, bloklanma əleyhinə əyləc sisteminin elektrik komponenti daxili qısaqapanmaya səbəb ola bilər.

Bu barədə məlumat alan sürücülərə yanma riskinin artması səbəbindən avtomobillərini kənarda və ya digər avtomobillərdən uzaqda saxlamaq tövsiyə olunub.

“Hyundai” 2016-2019-cu il istehsalı “Santa Fe” və 2014-2015-ci il istehsalı “Tucson” modelləri daxil olmaqla 357 830 avtomobili geri çağırıb. “Kia” 2016-2018-ci il istehsalı “Sportage” və “K900” sedanları daxil olmaqla 126 747 avtomobildə nasazlığın olduğunu açıqlayıb.

Son xəbərlər
Oxşar xəbərlər